Obameyanq Ronaldo və İbrahimoviçin uğurunu təkrarladı

Obameyanq Ronaldo və İbrahimoviçin uğurunu təkrarladı

"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb.

Fanat.Az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna səfərdə "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIII tur oyununda nail olub.

Görüşdə yeganə qolun müəllifi olan təcrübəli forvard İspaniya çempionatında meydana çıxdığı 11-ci matçında 9 dəfə fərqlənib.

Qabonlu oyunçu Kataloniya təmsilçisinin sabiq futbolçuları braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər