"O, sadəcə vəhşidir!" - Kərim Benzema

"O, sadəcə vəhşidir!" - Kərim Benzema

"Real Madrid"in hücumçusu Kərim Benzema "Qızıl top"u qazanandan sonra "Mançester Yunayted"in 37 yaşlı ulduzu Kriştianu Ronaldudan danışıb.

Fanat.Az  xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Ronaldu ilə oynamaq mənim üçün şərəf idi. O, sadəcə vəhşidir! Kriştianu "Real Madrid"dən ayrılanda daha da inkişaf etməli, meydanda əvvəlkindən çox işləməli olduğumu anladım". 

Qeyd edək ki, "Qızıl top"un beşqat qalibi olan Ronaldu  son səsvermədə 20-ci olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər