"Liverpul"un sabiq hücumçusu Maykl Ouen İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən matçda - "Brentford"la oyunda (4:1) hesabı effektli zərbə ilə açan Darvin Nunyesin performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Ouen uruqvaylı barədə şəxsi "X" hesabında paylaşım edib:
"Darvinin Nunyesin qolu ağlasığmaz idi. O qola baxmaqdan doymuram. Bunun nə dərəcədə mürəkkəb hərəkət olduğunu izah edə bilmərəm. Səndən uzaqlaşan topa elə reaksiya verirsənsə, deməli, əla performans sərgiləmisən. İnanılmazdır! Bu, o deməkdir ki, Darvin inkişaf uğrunda inamlı addımlar atır. Bəli, Nunyes böyük oyunçu olmaq üçün ilk növbədə düşüncə tərzini dəyişməlidir. Dediyim budur ki, onun etdiklərinə baxmaq belə, qeyri-adi duyğulara meydan verir. O epizodu qola çevirmək çox şey deməkdir. Qolkiperləri bu şəkildə məğlub edə bilsə, məhsuldarlığı ciddi şəkildə artacaq. Nunyesin əhvalını pozmaq niyyətində deyiləm. Axı adam mükəmməl qola imza atıb. Amma onun belə qollarını "Liverpul" 3 top fərqi ilə öndə olanda da görmək istəyirəm".
Qeyd edək ki, cari mövsüm "Liverpul"un forması ilə İngiltərə Premyer Liasında 24 oyuna çıxan Nunyes 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.