"O, MY formasını haqq etmir, komandadan getməlidir"

"O, MY formasını haqq etmir, komandadan getməlidir"

"Mançester Yunayted"in sabiq müdafiəçisi Pol Parker Antoni Marsyalın "qırmızı şeytanlar"ın formasını geyinməyə layiq olmadığını deyib.

Fanat.Az xəbər verir ki, "Manchester Evening News" onun söylədiklərini belə çatdırıb:

"Məncə, o, artıq MY-də son matçını keçirib. Görünən budur ki, Marsyal zədələrdən sonra özünə gələ bilmir və baş məşqçi Erik ten Haq ona güvənmək niyyətindən uzaqdır. Yəni Marsyalın nə vaxtsa "Yunayted" forması ilə çıxışını izləyəcəyimizi düşünmürəm. Antoniyə güvənmək üçün səbəb yoxdur. Başqa sözlə, Marsyal MY formasını haqq etmir. Ten Haq gözəl bilir ki, bu futbolçu ona heç bir fayda vermir. Bura gələndə onu hamı tərifləyirdi, ancaq qazandığı şansı dəyərləndirməyi bacarmadı. Nə sabitliyi qoruya bildi, nə də komandaya başqa faydası dəydi. O, komandadan getməldir".

Qeyd edək ki, bu mövsüm Mançester təmsilçisində 14 oyuna çıxan fransalı hücumçunun yayda satılacağı barədə informasiyalar yayılıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər