"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə premyer Liqasının 27-ci turunda "Kristal Pelas" (1:0) üzərində qazandıqları qələbədən sonra komandasının yeganə qolunu penaltidən vuran Erlinq Holanddan danışıb.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" onun dediklərini belə çatdırıb:
"Holand hər oyunda 5 qol vurmalıdır. O, bunu bacarmırsa, təzyiq altında düşür (gülümsəyir). Məncə Erlinq inanılmaz mövsüm keçirir. Bu futbolçuda kəşf etdiyim ən üstün cəhətlərdən biri şansını boşa verəndən sonra belə, ruhdan düşməməsidir. Həmişə nikbindir və bilir ki, növbəti fürsət uzaqda deyil. Məhz bu keyfiyyəti möhtəşəmdir".
Nihat