Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO
Nepalın "Lalitpur Siti" klubunda top qovan Nurlan Novruzov bu komandada ilk qolunu vurub.
 
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu Super Liqanın 5-ci turunda "Butval”la matçda rəqib qapısına yol tapıb.
 
Nurlan matçın 5-ci dəqiqəsində başla fərqlənib. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.
 
Hazırda "Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər