"Bayern Münhen"in və Almaniya millisinin qapıçısı Manuel Noyer Bundesliqa matçında "Maynts" üzərində qazandıqları 8:1 qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" təcrübəli qolkiperin dediklərini belə çatdırıb:
“Rəqibimizi incidə bilmək bacarığımıza əmin idik. Bu, əsas məqam idi.
"Mayns" bütün meydançada birə-bir mübarizə aparsa da, soyuqqanlılığımızı qoruduq. Çox yaxşı oynadıq. Xüsusilə, topa sahib olmaqda inamlı idik və çox səhv etmədik”.
Qeyd edək ki, "Bayern Münhen" Bundesliqada 25 oyunda 57 xal toplayaraq 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 24 görüşdə 64 xal əldə edən "Bayer Leverkuzen" inamla başçılıq edir.
Mirağa