Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" turnirinin əsas mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov I turda norveçli Aryan Tari ilə, Teymur Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gələcək. Məmmədyarov ağ, Rəcəbov qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess" I tur
Şəhriyar Məmmədyarov - Aryan Tari (Norveç) Uesli So (ABŞ) - Teymur Rəcəbov Aniş Giri (Niderland) - Veselin Topalov (Bolqarıstan) Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye-Laqrav (Fransa) Maqnus Karlsen (Norveç) - Vanq Hao (Çin)