"Norway Chess": Rəcəbov Məmmədyarovu birincilikdən etdi

"Norway Chess": Rəcəbov Məmmədyarovu birincilikdən etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" superturnirində ikinci yeri tutub.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu - 9-cu turunda həmyerlisi Teymur Rəcəbovla üz-üzə gəlib.

Son turadək norveçli dünya çempionu Maqnus Karlsen 15 xalla 1-ci, Məmmədyarov 14,5 xalla 2-ci, Rəcəbov isə 6,5 xalla 9-cu pillədə idi.

Karlsen bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla görüşündə heç-heçə etsə də, onu "armageddon"da yenib. Nəticədə dünya çempionu xalını 16,5-ə çatdırıb.

Bu halda Məmmədyarova klassik partiyada Rəcəbov üzərində yalnız qələbə sərf edirdi. Lakin o, bunu bacarmayıb. Məmmədyarovun ağ fiqurlarla oynadığı matç heç-heçə başa çatdığından tərəflər arasında "armageddon" oynanılıb. Bu partiyada da heç-heçə qeydə alınsa da, Rəcəbov qara fiqurlarla oynadığı üçün qalib elan olunub və 8 xalla 10 iştirakçı arasında 9-cu yeri tutub. Məmmədyarov isə 15,5 xalla 2-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronu təşkil edib.

"Norway Chess" IX tur Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5, "armageddon" - 0,5:0,5 Van Hao (Çin) - Uesli So (ABŞ) 0,5:0,5, 0,5:0,5 Aryan Tari (Norveç) - Vişvanatan Anand (Hindistan) 0,5:0,5, 0:1 Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) 0,5:0,5, 0,5:0,5 Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) 0,5:0,5, 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər