"Norway Chess: Məmmədyarov Soya, Rəcəbov Giriyə qarşı

"Norway Chess: Məmmədyarov Soya, Rəcəbov Giriyə qarşı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, Məmmədyarov V turda ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək. Rəcəbov isə "qaralar"la niderlandlı Aniş Giriyə qarşı oynayacaq.

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Hazırda Şəhriyar 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Üç xalı olan Teymur səkkizinci yerdədir. İlk iki pilləni 8,5 xalla Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsen (Norveç) bölüşdürür. U.So 8 xalla üçüncüdür.

Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

"Norway Chess" V tur Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)  Maksim Vaşye-Laqrav (Fransa) - Veselin Topalov (Bolqarıstan)  Aryan Tari (Norveç) - Van Hao (Çin) Vişvanatan Anand (Hindistan) - Maqnus Karlsen (Norveç)  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər