Nizami Hacıyev danışdı: "Əsas harasa aparılmaq yox, ömürlük getməkdi"

Nizami Hacıyev danışdı: "Əsas harasa aparılmaq yox, ömürlük getməkdi"
"Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi”. Fanat.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib.
 
Topaz Premyer Liqasının XIII turunda "Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.
 
Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: "Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdi”.
 
AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan "Keşlə”nin sabiq kapitanı buna layiq olmadığını söyləyib: "Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bunu haqq etmirdim”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər