Nicat Abasov İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq

Nicat Abasov İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Fanat.Az xəbər verir ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.

Qeyd edək ki, N.Abasov hazırda 2,5 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Karuana isə beşinci sıradadır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər