Neymarı meydandan çıxartmağa qorxdu, özü qovuldu - VİDEO

Neymarı meydandan çıxartmağa qorxdu, özü qovuldu - VİDEO

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) Hakimlər Komitəsinin sədri Uilson Seneme Braziliya millisinin iştirakı ilə keçirilən son matçları idarə edən hakimləri cəzalandırıb. 

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, FİFA hakimlər komitəsinin üzvü çilili Roberto Andres Tobar Varqas, uruqvaylı Andres İsmael Kunya və Esteban Daniel Ostoiçin etdikləri özbaşınalığa görə qeyri-müəyyən müddətə diskvalifikasiya edib.

Tobar Varqas Neymara qarşı liberallıq nümayiş etdirərək, ulduz futbolçuya ən azı iki dəfə intizam cəzası tətbiq etməli olduğu halda bundan vaz keçib. Kolumbiya  (1:0) ilə oyunun 9-cu dəqiqəsində Neymar hakimə qarşı aqressiv davranışa görə qırmızı vərəqə almalı olduğu halda, çilili referi ulduz futbolçunu uzaqlaşdırmağa cəsarət etməyib.

Argentina - Braziliya (0:0) görüşünün hakimi Kunya dakobud səhvə yol verib. Argentinalı futbolçu Nikolas Otamendi meydandan qovulmalı olduğu halda çıxışını davam etdirib. O, matçın 33-cü dəqiqəsindədə Rafinyanın üzünə dirsəyi ilə vurub, lakin referi ona qırmızı vərəqə göstərməyib. Hakimin videoköməkçisi isə həmyerlisi Ostohiç olub.

Qeyd edək ki, hakimlər pul cəzasına da məruz qalıblar. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər