Braziliyalı hücumçu Neymar ilə PSJ arasındakı müqavilənin detalları məlum olub.
Fanat.Az "El mundo" nəşrinə istinadən xəbər verir ki, müqavilədə azarkeşlərə qarşı nəzakətli olmaq və klub haqda bəzi məqamları açıqlamamağa görə bonuslar nəzərdə tutulub.
Razılaşmaya görə, Neymar hər görüşdən əvvəl azarkeşləri salamlamalı və oyundan sonra onlarla vidalaşmalıdır. Klubun fəaliyyəti ilə bağlı ziddiyyətli açıqlamalar vermək, işçilər, məşqçi personalı və futbolçular barədə mənfi fikirlər söyləmək də qadağandır.
PSJ klubu müqavilədə bunu "etik bənd" adlandırıb. Göstərilən tələbləri yerinə yetirdiyi üçün Neymar hər il əmək haqqından əlavə 6,5 milyon avrodan çox pul qazanacaq.
Xatırladaq ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Emin Şəmsiyev