"Nəyin bahasına olsa da, Mbappeni saxlayacaqlar" - Didye Droqba

"Nəyin bahasına olsa da, Mbappeni saxlayacaqlar" - Didye Droqba

"Çelsi"nin və "Qalatasaray"ın sabiq hücumçusu Didye Droqba DÇ-2022-nin final oyunu barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "BBC One" Fil Dişi Sahili yığmasının keçmiş liderinin dediklərini belə çatdırıb:

"Argentinalılar bilirlər ki, fransalı futbolçular kobud oyunu sevmirlər. Bu məqamı nəzərə alacaqlarına əminəm. Cənubi amerikalılar olduqca aqressiv oynayırlar. Onlar Mbappenin öz oyununu göstərməsinə imkan verməyəcəklər. Nəyin bahasına olsa da, Kilianı saxlayacaqlar. Digər tərəfdən, Fransanın Tçuameni, Qrizmann və Dembele kimi futbolçuları var. Onları da saxlamaq lazım gələcək".

Qeyd edək ki, Argentina və Fransa seçmələri arasında baş tutacaq həlledici qarşılaşma dekabrın 18-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər