Nestanı istefaya göndərdilər

Nestanı istefaya göndərdilər
İtaliyanın "Frozinone” klubu baş məşqçisi Alessandro Nesta ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 45 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Nesta ilə yanaşı, köməkçiləri də istefaya göndərilib.
Qeyd edək ki, Alessandro Nesta 2019-cu ilin iyunundan "Frozinone”ni çalışdırırdı. Sözügedən komanda bu mövsüm onun rəhbərliyi altında keçirdiyi 30 oyunda 38 xal toplayıb və 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər