Nazarov oynadı, komandası...

Nazarov oynadı, komandası...

Azərbaycan millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” Almaniya III liqasında XII turun oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda doğma meydanda "Halleşer"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Start heyətdə meydana çıxan Nazarov matçın sonunadək oynayıb. Nazarov 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Erzebirge”  10 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb. Siyahıya 25 xalla (11 oyun) "Elversberq" başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər