Nani klub sahibi oldu

Nani klub sahibi oldu

Portuqaliya yığmasının sabiq oyunçusu Nani futbol klubu alıb.

Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Xəbərə görə, o, bir neçə investorla birlikdə "Sintrense" klubunun səhmlərinin 95 faizinə yiyələnib.

112 yaşlı klub Naninin doğulduğu yerə yaxın olan, Lissabonun şimal-qərbində yerləşən Sintreni təmsil edir. Komanda hazırda Portuqaliyanın dördüncü divizionunda çıxış edir.

Qeyd edək ki, bu yay Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılan 37 yaşlı futbolçu hazırda azad agentdir və karyerasını davam etdirmək niyyətindədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər