"Sabah"ın növbəti transferi Azərbaycan millisinin üzvü Namik Ələskərov oldu. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümünü Türkiyənin “Bursaspor” klubunda keçirən 27 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı ilkin təəssüratlarını "Sabah"ın rəsmi saytı ilə bölüşüb: “İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”. Namik həmçinin “Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib: “Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”. Qeyd edək ki, Namik Ələskərovla 3 illik müqavilə bağlanıb. Emin
Namik Ələskərov azarkeşlərə səsləndi
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:33
23.10.2026
"Futbolçuları qınamaq lazım deyil" - Rakif Əliyev məğlubiyyəti şərh etdi
Azərbaycan futbolu
16:55
23.10.2026
MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
16:53
23.10.2026
Aslan Kərimov "Sabah" - "Qarabağ" oyunundan gözləntilərini açıqladı
Azərbaycan futbolu
16:34
23.10.2026
Avropa və Azərbaycanda derbilər həftəsi: Təsadüf, yoxsa məqsədli?