Nakamura Zubiri qabaqladı

Nakamura Zubiri qabaqladı

UEFA Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu, Avstriyanın "Lask" komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamuradır.

Yaponiyalı vinger Ermənistan "Alaşkert"ini 2:0 hesabı ilə yendikləri matçda hər iki qolun müəllifi olub.

21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini və Norveçin "Budyo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.

Qeyd edək ki, Zubir Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər