MY-nin əfsanəsi azarkeşləri üzdü

MY-nin əfsanəsi azarkeşləri üzdü
"Mançester Yunayted"in əfsanəsi Rayan Giqqz klubun fanatlarını yeni açıqlaması ilə üzüntülərə qərq edib.
Fanat.Az "The Greatest Game" portalına istinadən xəbər verir ki, Uels millisinin çalışdırıcısı son dəfə 2013-cü ildə çempion olan komandanın növbəti uğuru 15-20 ildən sonra qazana biləcəyini söyləyib:
"Yürgen Klopp və Pep Qvardiola Premyer Liqa klublarında işləməyə davam etsə, "Yunayted" növbəti çempionluğu 15-20 ildən sonra bayram edə bilər. Titul qazanmaq o qədər də asan məsələ deyil. "Liverpul" da 1990-cı ildə qalib olmuşdu. O vaxt azarkeşlər elə bilirdilər ki, növbəti uğuru da çox gözləmək lazım gəlməyəcək. Sonra nələr baş verdiyini hamımız izlədik. Hər yeni məşqçidən, yeni futbolçudan böyük nəticə ummağa dəyməz. Diqqət yetirin, Kloppun özü də işə başlayandan dörd ilyarım sonra böyük qələbənin memarı oldu. Komanda "artırmağı", mövcud durumla ayaqlaşmağı bacarmalıdır".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər