MY "Ayaks"ın hücumçusuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

MY "Ayaks"ın hücumçusuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

"Mançester Yunayted" heyətini yeni hücumçu ilə gücləndirmək üzrədir.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın forvardı Antonini heyətinə qatmağa yaxındır.

İngiltərə nəhəngi 22 yaşlı futbolçuya görə Amsterdam klubuna 50 milyonluq rəsmi təklif göndərib. Tərəflər bu yöndə danışıqları davam etdirir.

Qeyd edək ki, 2020-ci ilin iyulundan "Ayaks"da olan Antoni son mövsümdə bütün turnirlərdə 33 matça çıxıb. Bu qarşılaşmalarda 12 qol vuran futbolçu 10 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər