"Mançester Yunayted" müdafiəçisi Erik Beyi ilə müqavilə yeniləyib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, tərəflər müddəti 2024-cü ilin iyununa qədər olan anlaşmaya imza atıb.
Sözləşmədəki xüsusi bəndə əsasən müddət başa çatandan sonra hər hansı narazılıq olmasa, oyunçu daha 2 il MY-də qalacaq.
Qeyd edək ki, zədədən dönən 27 yaşlı Beyi bu mövsüm 8 Premyer Liqa matçında forma geyinib.
Atilla