Mövsümün ən yaxşısı adına namizədlər

Mövsümün ən yaxşısı adına namizədlər
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
 
Fanat.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 
 
Mövsümün ən yaxşı futbolçusu adı uğrunda 7 futbolçu mübarizə aparacaq. 
 
Çempion "Liverpul”un üç futbolçusu - Trent Aleksander-Arnold, Cordan Henderson və Sadio Mane siyahıda yer alıb. Digər namizədlər isə "Bernli”nin qapıçısı Nik Poup, "Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Breyne, "Sauthempton”un hücumçusu Denni İnqs və "Lester Siti”nin forvardı Ceymi Vardidir.
 
Qeyd edək ki, qalib Premyer Liqanın rəsmi saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər