Musanın oynadığı avrokubok matçında “Yurqorden” məğlub oldu

Musanın oynadığı avrokubok matçında “Yurqorden” məğlub oldu

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Avropa Konfrans Liqasına məğlubiyyətlə başlayıb.

Fanat.Az xəbər verir ki, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.

Musa da bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə əvəzlənib.

Bu komandalar arasındakı cavab oyunu avqustun 3-də İsveçrədə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər