Musa Qurbanlının komandası "Malmö"yə qalib gəldi

Musa Qurbanlının komandası "Malmö"yə qalib gəldi

Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu "Yurqorden" doğma meydanda "Malmö" ilə qarşılaşıb.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 30-a yüksəldən "Yurqorden" 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər