İsveç çempionatında 29-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” evdə “Sirius”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
Musa bu oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.
“Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.