Ümumdünya Şahmat Olimpiadası: Millimiz qələbə ilə başladı

Ümumdünya Şahmat Olimpiadası: Millimiz qələbə ilə başladı

Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, I turda İordaniya ilə qarşılaşan yığmamız rəqibini 3,5:0,5 hesabı ilə məğlub edib.

Aydın Süleymanlı – Əl Hatib-Əhməd 1:0 Nicat Abasov – Samir Loay 1:0 Rauf Məmmədov – Malik Saef 1:0 Şəhriyar Məmmədyarov – Anas Hvaira 0,5:0,5

Qeyd edək ki, qadınlardan ibarət komandamız Nikaraquanı yenib - 4:0. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər