İngiltərə çempionu “Mançester Siti” daha bir futbolçusunu icarəyə göndərib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubunun müdafiəçisi İssa Kaboreni Marsel “Olimpik”inə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq.
İssa Kabore Mançester təmsilçisinə 2020-ci ilin yayında Belçikanın “Mexelen” klubundan 4.5 milyon avro qarşılığında keçib. Burkina Fasodan olan 21 yaşlı futbolçu ötən mövsümü Fransanın digər təmsilçisi “Trua”da icarədə keçirib. O, bu komandada 32 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Burkina Faso yığmasında 27 oyun keçirmiş sağ cinah müdafiəçisi, 2 qol da vurub.
Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl hücumçusu Liam Delapı “Stok Siyi”yə icarəyə verib.
Mirağa