Mourinyunun yeni iş yeri bilindi - Artıq bu dili öyrənməyə başladı

Mourinyunun yeni iş yeri bilindi - Artıq bu dili öyrənməyə başladı

Portuqaliyalı mütəxəssis Joze Mourinyu Almaniya nəhəngi “Bayern Münhen”i çalışdırmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb.

Xəbərə görə, tanınmış mütəxəssis artıq alman dilini öyrənməyə başlayıb. 

Münhen klubunun rəhbərliyinin hazırkı baş məşqçi Tomas Tuxeldən narazı olduğu bildirilir. Klub yayda onu istefaya göndərməyə hazırlaşır.

Mourinyunun son iş yeri 2021-ci ilin yayında təhvil aldığı “Roma” olub. Portuqaliyalı bu il yanvarın 16-da Roma klubundan ayrılıb. Mourinyu debüt mövsümündə “Roma”ya Konfrans Liqasını qazandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər