Mourinyunun cəzası bəlli oldu

Mourinyunun cəzası bəlli oldu

“Roma”nın baş məşqçisi Joze Mourinyunun A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda aldığı qırmızı vərəqəyə görə neçə oyunluq cəzalandığı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2 oyunluq cəza alıb.

Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Mourinyu cəza ilə yanaşı, 10 min avro cərimə də ödəyəcək.

Xatırladaq ki, Mourinyu 1:2 hesabıyla uduzduqları bu matçda dördüncü hakim Marko Serra, həmçinin baş hakim Marko Piçinini ilə mübahisə səbəbindən texniki zonadan qovulmuşdu. Jozenin onları təhqir etdiyi bildirilir. Bundan əlavə, o, matçdan sonra hakimlər otağına daxil olub və dördüncü hakimə təhqiramiz ifadələrlə müraciət edib.

Mourinyu cəza səbəbindən martın 5-də və 12-də keçiriləcək “Yuventus” və “Sassuolo” ilə matçlarda texniki zonada yer ala bilməyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər