Mourinyu parkda məşq keçdi, karantin qaydaları pozuldu - FOTOLAR

Mourinyu parkda məşq keçdi, karantin qaydaları pozuldu - FOTOLAR
"Tottenhem”in çalışdırıcısı Joze Mourinyu parkda qrup halında məşq keçib.
 
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, portuqaliyalının qrup şəklində məşq keçdiyi futbolçulardan biri Tanqay N’Dombele  olub. Rayan Sesenyon və Davinson Sançes  isə qrupa qatılmadan fərdi hazırlaşıb.
Maraqlıdı ki, məşq zamanı İngiltərədə tətbiq edilən karantin qaydaları pozulub. Qaydalara görə insanlar gün ərzində bir dəfə gəzintiyə çıxa və açıq havada idmanla məşğul ola bilər. Bu zaman 2 metrlik ara məsafəsinin qorunması mütləqdi. "Tottenhem”in futbolçuları isə məsafə ilə bağlı qaydalara əməl etməyib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər