Mourinyu ilkə imza atdı

Mourinyu ilkə imza atdı

Konfrans Liqasının yarımfinalında "Lester Siti"ni (1:1, 1:0) müvarizədən kənarlaşdıraraq finala yüksələn "Roma"nın baş məşqçisi Joze Mourinyu ilkə imza atıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Konfrans Liqasının finalına yüksələn ilk mütəxəssis olub.

Mourinyu "Portu" və "İnter"lə ÇL-in, "Mançester Yunayted"lə AL-in həlledici oyununda qələbə qazanıb. 

Qeyd edək ki, Konfrans Liqasının final qarşılaşması mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı "Arena Kombetare" stadionunda keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər