Mourinyu Fernandeş məsələsinə nöqtə qoydu

Mourinyu Fernandeş məsələsinə nöqtə qoydu

"Tottenhem”in baş məşqçisi Joze Mourinyu "Sportinq”in xavbeki Brunu Fernandeşin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

 

Fanat.Az xəbər verir ki, ulduz mütəxəssis "Sport TV”yə açıqlamasında belə deyib: "Birmənalı şəkildə "yox”. Brunu Fernandeş səviyyə və transfer qiymətinə görə "Tottenhem”ə uyğun oyunçu deyil”.

Yayda Fernandeş "Tottenhem”ə keçməyə yaxın olmuşdu. O vaxt futbolçu özü tərəflərin razılığa gəldiyini, "Sportinq”in təklifi son anda geri çevirdiyini söyləmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər