Dünən baş tutan paytaxt derbisində "Latsio"ya 2:3 hesabıyla uduzan "Roma"nın baş məşqçisi Joze Mourinyu oyunsonrası mətbuat konfransında qalmaqalla yadda qalıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı jurnalistlərdən biriylə mübahisə edib.
Özündən çıxaraq konfrans zalını yarımçıq tərk edən mütəxəssisin media mənsubu ilə mübahisə etməsinin dəqiq səbəbi açıqlanmayıb.
Nihat