Mourinyonun qara siyahısı: özü qalsa, onlar gedəcək

Mourinyonun qara siyahısı: özü qalsa, onlar gedəcək
Mövsümə uğursuz başlayan "Mançester Yunayted"də baş məşqçi Joze Mourinyonun başı üzərini "qara buludlar" alıb. Ona yönəlmiş tənqidlər "Nyukasl" üzərindəki qələbədən sonra müəyyən qədər azalsa da, gələcəyi sual altındadı.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" Mourinyo ilə yollarını ayırmasa, bəzi ulduzları yola salmalı olacaq. Əsas problem Paul Poqba ilə bağlıdı. Portuqaliyalı mütəxəssislə yola getməyən fransız ulduz qışda "Barselona"ya keçmək istəyir.
Başqa bir ulduz futbolçu Luke Şavın mövsümün sonunda müqaviləsi başa çatır. Klub rəhbərliyi yeni müqavilə üçün hərəkətə keçsə də, Mourinyonun işinə davam etməsi halında o, komandadan gedəcək.
Getməsi gözlənilən futbolçulardan biri də Antoni Martialdı. Qapıçı David de Gea da yeni müavilə imzalamaq istəmir. Həmçinin Xuan Mata, Ander Herrera, Eşli Younq və Pil Yones də komandadan gedə bilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər