"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Paul Poqbanı kapitanlıqdan məhrum edib.
Fanat.Az xəbər verir ki, buna səbəb fransalı futbolçunun "Vulverhempton"la oyundan sonra (1:1) verdiyi açıqlama olub. Poqba açıqlamasında komandanın hücum futbolu oynamamasından şikayətlənmiş və Mourinyonu tənqid etmişdi.
Mourinyo da bu müsahibədən sonra komandanın məşqində "Mançester Yunayted"də olduğu müddətdə Poqbanın bir daha heç vaxt kapitan olmayacağını bildirib.
Fanat.Az