Millinin heyəti necə müəyyənləşəcək?

Millinin heyəti necə müəyyənləşəcək?

Üzgüçülük üzrə Azərbaycan millisinin heyəti test yarışları ilə müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına açıqlamasında martın 10-11-də Bakı Su İdman Sarayında təşkil olunacaq yoxlama yarışlarının yekununa əsasən, yığmanın əsas və ehtiyat üzvləri formalaşacağını deyib.

Komanda hazırda Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Toplanış martın 3-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər