Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi

Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Vahid Halilhociç istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, bosniya və herseqovinalı mütəxəssislə müqaviləyə rəsmən federasiya prezidenti Fuzi Lakca Tanzaniyadan qayıtdıqdan sonra xitam veriləcək. Lakca hazırda Afrika Futbol Konfederasiyasının iclasında iştirak edir.

Qeyd edək ki, Mərakeş millisi Halilhociçin rəhbərliyi altında 30 oyunun 20-dən qələbə, 7-dən heç-heçə, 3-dən məğlubiyyətlə ayrılıb. 

Xatırladaq ki, 70 yaşlı baş məşqçi əvvəllər Fransanın "Nant", PSJ, Türkiyənin "Trabzonspor" və Xorvatiyanın "Dinamo Zaqreb" komandalarında çalışıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib. Vahid Halilhociç dörd fərqli ölkə yığmasına dünya çempionatlarına vəsiqə qazandırmış ilk baş məşqçidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər