Millimizin yarısı Belmekendə, yarısı Göygöldə

Millimizin yarısı Belmekendə, yarısı Göygöldə

Güləş üzrə milli komandalarımız qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir.

Fanat.Az xəbər Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, qadınlardan ibarət millimizin üzvləri 2 fərqli məkanda məşqlərini davam etdirir. 

Yığmanın bir neçə üzvü baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışı keçir. İyulun 5-də start götürən hazırlıq prosesi 20 gün davam edəcək. Qadın güləşçilərimiz daha sonra “Poland Open” turnirində iştirak etmək üçün Varşavaya yollanacaq.

Komandanın digər üzvləri, o cümlədən qadın güləşi üzrə U-20 və U-17 millilərimiz isə böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Rövşən Umudov, Ağahüseyn Mustafayev və Solmaz Adilovanın rəhbərliyi altında Göygöldə toplanış keçir. İyulun 2-də fiziki hazırlığın yüksəldilməsi məqsədilə startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər