Millimizin sonuncu rəqibi müəyyənləşdi

Millimizin sonuncu rəqibi müəyyənləşdi
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Cənubi Kipr yığması B qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, yığmamız Sloveniya, Hollandiya və Cənubi Kiprlə birgə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları martın 26-dan 31-dək Sloveniyada təşkil olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər