Millimizin rəqibi turnirə qatıldı

Millimizin rəqibi turnirə qatıldı

Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina mini-turnirdə iştirak edəcək. 

Fanat.Az xəbər verir ki, Slovakiyanın Pieştanı şəhərində keçirilən turnirə qatılan rəqibimiz bu gün yerli vaxtla saat 17:45-də meydan sahibləri, sabah eyni vaxtda Çexiya ilə üz-üzə gələcək. 

Dekabrın 17-də isə turnirin son matçında İvo Krezanın komandasının rəqibi Avstriya olacaq. Oyun yerli vaxtla 14:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan – Bosniya və Herseqovina matçı gələn il yanvarın 29-da Amsterdamda keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər