Millimizin qapıçısı üzr istədi - FOTO

Millimizin qapıçısı üzr istədi - FOTO

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev matçdan sonra məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib. Millinin üzvü "Instagram" səhifəsində bunları yazıb: 

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər