Millimizin oyunlarının təqvimi açıqlandı

Millimizin oyunlarının təqvimi açıqlandı

Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, 7-ci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiyanın Karlovac şəhərindəki “Mladost Arena”da keçiriləcək. 

Komandamız martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.

Belarus – Azərbaycan 16 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00

Xorvatiya – Azərbaycan 17 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 22:00

Azərbaycan – Latviya 19 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 19:00

Qeyd edək ki, ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq.   Sentyabrın 3-dən 10-dək İspaniyanın Əndəlüs vilayətindəki “Olivo Arena”da keçiriləcək final mərhələsində isə qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq. Bu yaş qrupu üzrə ilk  qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış ötən il keçirilməli idi. Amma COVİD-19 pandemiyası ilə əlaqədar turnir 2022-ci ilə ertələnib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər