Millimizin lideri Topalov və İvançukla bir turnirdə

Millimizin lideri Topalov və İvançukla bir turnirdə

Azərbaycan şahmatçısı Günay Məmmədzadə bu gün İspaniyada start götürəcək "Masters" turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, yarışda Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Kirill Alekseyenko (Rusiya), Xayme Santos, Sabrina Veqa (hər ikisi İspaniya), Anna Uşenina (Ukrayna) və Sədəf Xadem (İran) da iştirak edəcək.

Qeyd edək ki, G.Məmmədzadə 2022-ci ildə qadınlar arasında fərdi Avropa çempionatının gümüş medalçısı olub. O, həmçinin millinin heyətində komandalararası AÇ-nin ikiqat bürünc medalçısıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər