Millimizin lideri reytinqdə dördüncüdür

Millimizin lideri reytinqdə dördüncüdür

Avqustun 20-dən 31-dək Çexiyanın paytaxtı Praqada şahmat üzrə qadınlar arasında növbəti Avropa çempionatı keçiriləcək.

Fanat.Az xəbər verir ki, Avropa Şahmat İttifaqı yarış iştirakçılarının ilkin siyahısını açıqlayıb. Bu günədək ümumilikdə 111 şahmatçı qitə çempionatına qatılacağını təsdiqləyib.

Onların arasında Azərbaycanın 8 təmsilçisı də var. Bunlar Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Səbinə İbrahimova, Ləman Hacıyeva və Mələk İsmayıldır.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri G.Məmmədzadə reytinqinə görə iştirakçılar arasında dördüncüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər