AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlar üçün yığmaya 26 futbolçu dəvət edib.
Şahrudin Məhəmmədəliyev - Adana Demirspor (Türkiyə) Səlahət Ağayev - Səbail Rəşad Əzizli - Qəbələ Aleksey İsayev - Sabah Rüstəm Əhmədzadə - Zirə Anton Krivotsyuk - Daejon Hana (Cənubi Koreya) Nəriman Axundzadə - Qarabağ Bəxtiyar Həsənalızadə - Tuzlaspor (Türkiyə) Coşqun Diniyev - Ümraniyespor (Türkiyə) Eddi İsrafilov - Neftçi Elvin Camalov - Sabah Elvin Cəfərquliyev - Qarabağ Emil Səfərov - Qəbələ Emin Mahmudov - Neftçi Filip Ozobiç - Neftçi Höccət Haqqverdi - Neftçi Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya) Musa Qurbanlı - Yurqorden (İsveç) Ozan Can Kökçü - Eyndhoven (Niderland) Qismət Alıyev - Zirə Rahil Məmmədov - Qarabağ Ramil Şeydayev - Buriram Yunayted (Tailand) Renat Dadaşov - Hatayspor (Türkiyə) Cəlal Hüseynov - Arda (Bolqarıstan) Toral Bayramov - Qarabağ Yusif Nəbiyev - Səbail