"Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik"

"Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik"
"Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdı və istəyirik ki, ilk növbədə xalqımızı sevindirək".
Bu sözləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov Bakıda Uelsə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Müdafiəçi sabah layiqli mübarizə aparmaq istədiklərini bildirib: "Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Xallar qazanmaq istəyirik".
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. ("Report")
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər