Millimizdə kütləvi yoluxma: Toplanış və səfər ləğv olundu

Millimizdə kütləvi yoluxma: Toplanış və səfər ləğv olundu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi. 

Fanat.Az xəbər verir ki, bununla əlaqədar komandamız fevralın 1-dən etibarən fevralın 3-dək Bakıda hazırlıq keçməli idi.   Lakin prosedura uyğun olaraq komandanın toplanışdan əvvəl təşkil olunan COVID-19 testində 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.   COVID-19 testi pozitiv nəticələnənlərin siyahısını diqqətinizə çatdırırıq:   Futbolçular: Adəm Topalov Həmzəli Mikayılov Eşqin Əhmədov Hacıəli Şirəliyev Murad Məmmədov Sənan Ağalarov   Məşqçi: Aslan Kərimov İnzibatçı: Ehtiram Abbasov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər