Millimiz Varşavada 1-ci oldu

Millimiz Varşavada 1-ci oldu

Varşavada 34 ölkədən 500-dək cüdoçunun iştirakı ilə keçirllən açıq Avropa turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Polşa paytaxtına 13 nəfərlik heyətlə yollanan Azərbaycan millisi yarışı 5 medalla başa vurub. Mükafatlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyyarlı olub. 

Bu nəticə ilə ölkəmiz kişilərin sıralamasında 1-ci yeri tutub. Polşa 2 qızıl, 3 bürünc medalla 2-ci, İspaniya 1 qızıl, 1 bürünc "qənimət"lə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, ölkəmizə qızıl medalları Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) qazandırıb. "Gümüş" İsmayıl İbrahimovun (66 kq), "bürünc"lər isə Rövşən Əliyev (60 kq) və İmran Yusifovun (+100 kq) sayəsində hesabımıza yazılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər